Musa Quliyev: “Məmur - vətəndaş kontaktları minimuma endiriləcək” AÇIQLAMA

Musa Quliyev: “Məmur - vətəndaş kontaktları minimuma endiriləcək” AÇIQLAMA

"Hər il büdcədə ünvanlı sosial yardımın məbləği artır. Amma ünvanlı sosial yardımın müddətinin iki ilə qaldırılması yaxşı siyasətdir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, iki ilə qaldırılan ünvanlı sosial yardımların müddəti vətəndaşların sosial reabilitasiya imkanlarını genişləndirir: "Bu siyasət ilk növbədə bürokratiyanı aradan qaldırır, korrupsiya hallarını tam məhdudlaşdırır və eyni zamanda iki il ərzində ünvanlı sosial yardım alan şəxslərin sosial reabilitasiya imkanları daha da genişlənir. Yəni müfaviq qurumlar ya özləri, ya da yerli hakimiyyət orqanları, iş yerlərinin tapılması, məşğulluğun təmin olunması, yeni iş yerinin yaradılması işləri ilə məşğul olur ki, dövlətdən asılı olmasın, öz əmək fəaliyyətinə başlasın və öz ailəsini dolandırsın. Bu mənada ünvanlı sosial yardımın iki ilə qaldırılmasının müsbət tərəfləri çoxdur".

Musa Quliyev qeyd etdi ki, artıq ünvanlı sosial yardıma müraciətlər elektron variantda ediləcək. Bu da məmur – vətəndaş kontaktlarını minimuma endirəcək: "Elektron hökumət çərçivəsində ünvanlı sosial yardıma müraciətlərin elektron variantda olması ilə bağlı işlər gedir. Artıq müraciətlər elektron şəkildə qəbul olunur və elektron şəkildə də onlara cavab veriləcək. Məmur - vətəndaş kontaktları minimuma endiriləcək ki, bu da korrupsiya ilə mübarizədə yeni bir addım olur".

Bütün xəbərlər Facebook səhifəmizdə