Helikopter Məkkəni bombaladı FOTO

Dinimizi təhqir edən oyuncaq aşkar edilib
Helikopter Məkkəni bombaladı FOTO

Beyləqan rayon sakini Ruslan Nəzərovun övladına Bakıdan nənəsi tərəfindən alınan hədiyyə görənləri təəccübləndirib. SİA-nın Qarabağ bölgəsinin verdiyi məlumata görə, alınan oyuncaq helikopter işə düşən zaman divarda lazer şüa nəticəsində görünən görüntü uşağın atasını narahat edib. Belə ki, divarda İslam mədəniyyətinin müqəddəs şəhərlərindən olan Məkkənin atəşə tutulması əks olunur. Narahat olan valideyn belə oyuncaqların uşaqların gələcəkdə dinimizə qarşı tərbiyəsinə əks təsir göstərə biləcəyini deyib.

Qeyd edək ki, övladının gələcəyi üçün ciddi narahatçılıq keçirən ata, bu kimi oyuncaqların ölkəmizə gətirilməsinin qarşısını alınmasını xahiş edir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə