60 minə yaxın mobil cihaz qeydiyyata alınıb

60 minə yaxın mobil cihaz qeydiyyata alınıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidməti mobil cihazlarını qeydiyyatdan keçirənlərin işini asanlaşdırıb. SİA-nın məlumatına görə, yanvar ayında "Elektron hökumət" portalı vasitəsilə sözügedən e-xidmətdən 59455 dəfə istifadə olunub. Sözügedən xidmət vasitəsilə mobil cihazların qeydiyyatdan keçirilməsi və rüsumun onlayn qaydada ödənilməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə