Səfir Macarıstanda görüşlər keçirdi

Səfir Macarıstanda görüşlər keçirdi

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu ölkənin daxili işlər naziri Şandor Piter və Budapeşt şəhərinin meri İştvan Tarloşla görüşüb. Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindın SİA-ya verilən məlumata görə, görüşlər zamanı ötən ilin noyabr ayında Azərbaycan prezidenti İlham Əliyevlə Macarıstan baş naziri Viktor Orbanın imzaladığı "Azərbaycanla Macarıstan arasında strateji əməkdaşlıq haqqında birgə bəyannamə", habelə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Budapeşt meri İ.Tarloşun imzaladığı "Bakı şəhər icra hakimiyyəti ilə Budapeşt şəhər meriyası arasında dostluq və əməkdaşlıq sazişi"ndən irəli gələn vəzifələr, qarşılıqlı əməkdaşlıq və işbirliyin intensivləşdirilməsi yolları ətrafında müzakirə aparılıb.

Macarıstan rəsmilərinin xahişi ilə V. Quliyev onlara bu il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərinin gedişatı barədə ətraflı məlumat verib.

Görüşlər zamanı qarşılıqlı səfərlər mövzusunda da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə