Yavər Camalov Abibilla Kudayberdiyevlə görüşüb

Yavər Camalov Abibilla Kudayberdiyevlə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Y. Camalov nümayəndə heyətinə Nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə baş çəkərək, istehsal prosesini izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə