Aqrar Elmlər Bölməsi hesabat verib

Aqrar Elmlər Bölməsi hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında gündəliyə çıxarılan məsələlərdən biri AMEA-nın Aqrar Elmlər Bölməsinin (AEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı olub. SİA-nın məlumatına görə, hesabatda bölmənin mühüm nəticələrindən də bəhs olunub. Bildirilib ki, bölmə üzrə 4 həqiqi, 3 müxbir üzv çalışır. 2014-cü ildə bölmənin elmi istiqamətləri üzrə 6 problemə dair 41 mövzu üzrə 111 tədqiqat işi aparılıb, 9 mövzu və 13 iş tamamlanıb. Bölmə üzrə elmi fundamental və tətbiqi tədqiqatlar sahəsində 17 mühüm nəticə əldə edilib. Tətbiq planında nəzərdə tutulmuş 3 iş yerinə yetirilib. AEB-in elmi müəssisələrində 644 nəfər işçi çalışır ki, bunlardan 307-i nəfəri elmi işçidir. Elmi işçilərin 16 nəfəri elmlər doktoru, 184 nəfəri isə fəlsəfə doktorudur. Hazırda 46 əyani və 1 qiyabi doktorant təhsil alır. Ötən il 13 doktorant təhsilini başa vurub. Bundan əlavə, bölmə müəssisələrində 40 nəfər mütəxəssis dissertant kimi elmi tədqiqat işi aparır. Bölmə üzrə 10 dissertasiya işi müdafiə edilib, 6-sı isə müdafiəyə hazırlanıb. Bölmənin 14 gənc alimi tanınmış xarici elm mərkəzlərində 1 aydan 1 ilə qədər təcrübə keçib. Bölmə üzrə 11 iş patentə təqdim olunub. Onlardan 3-ü Respublika üzrə patent alıb, 8 sənəd isə hazırda qiymətləndirmə mərhələsindədir.

İclasda elmi nəşrlərlə bağlı statistik məlumatlar da səsləndirilib. Qeyd olunub ki, alimlərin 1-i xaricdə olmaqla 5 monoqrafiyası, 1-i xaricdə olmaqla 6 kitabı, o cümlədən 1 dərslik, elmi və elmi-kütləvi nəşrləri dərc olunub. 2014-cü ildə ümumilikdə elmi mətbuatda 271 məqalə nəşr edilib ki, onlardan 17-si impakt faktorlu jurnallarda, 78-i isə digər nüfuzlu xarici elmi jurnallarda dərc olunub. Həmçinin, 69-u xaricdə olmaqla 103 tezis çap edilib. Bölmə alimlərinin əsərlərinə 130 istinad olub. Hesabatda qrant müsabiqələrinə təqdim olunan layihələrdən də danışılıb. Ötən il 19 qrant layihəsi üzrə işlərin plana uyğun icra olunduğu vurğulanıb. Bildirilib ki, bunlardan 13-ü xarici ölkə alimləri ilə birgə alınan qrantlardır.

Sonda bölmənin elmi müəssisələrində 2014-cü ildə alınmış mühüm nəticələr və statistik məlumatların AMEA-nın illik hesabatına daxil edilməsi ilə bağlı qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə