Xarici QHT-lərlə bağlı yeni qayda

Xarici QHT-lərlə bağlı yeni qayda

Nazirlər Kabineti "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edib. SİA-nın xəbərinə görə, dəyişikliyə əsasən, Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatları (QHT) bir nümayəndəlik və ya filial yarada bilərlər.

Dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə