Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyev bu ölkənin Olomouts regionuna səfəri çərçivəsində fevralın 10-da Palatski Universitetinin rektoru Yaroslav Miller ilə görüşüb. Görüş zamanı azərbaycanlı tələbələrin Palatski Universitetində təhsil alması, o cümlədən bu təhsil müəssisəsi ilə elmi-tədqiqat mübadilə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə edilib.
Olomouts regionu və Gəncə şəhəri arasında mövcud olan əməkdaşlıq əlaqələrinə uyğun olaraq, 2012-ci ildən etibarən azərbaycanlı tələbələr Palaçki Universitetinin nəzdində təşkil edilən çex dili üzrə yay məktəbində iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB