Yaralı uşaq qəlblərini sevindirək

Yaralı uşaq qəlblərini sevindirək

Fevralın 11-də Bakı Əyləncə Mərkəzində "Ümid yeri" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə birinci "Bir alış-bir sevincdir" adlı xeyriyyə sərgi-aksiyası keçirilib. "Ümid yeri" uşaq sığınacağının rəhbəri Nigar Mənsimli eksklüziv müsahibəsində deyib: "Biz sərgiyə daha çox adamı və potensial alıcıları cəlb etməyə çalışdıq. Axı sərgidən alınmış hər məmulat nəinki sevinc gətirəcək, həm də evi bəzəyəcək, gündəlik həyatda gərəkli olacaq. Satışdan əldə olunan bütün vəsait kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların yaşayış şəraitinin yaxşılaşdırılmasına və gündəlik ehtiyacların ödənilməsinə yönəldiləcək. Biz də öz tərəfimizdən çalışırıq ki, yaralı uşaq qəlblərini ümid və gələcəyə inamla dolduraq".

Bütün xəbərlər Facebook səhifəmizdə