ADİU tələbələri “işarə dili”ndə video təqdim edib

ADİU tələbələri “işarə dili”ndə video təqdim edib

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı fakültəsinin Tələbə Gənclər Təşkilatı (ADİU BİF TGT) "Qaya" qrupunun məhşur "Ey həyat, sən nə qəribəsən" mahnısını danışma və eşitmə qabiliyyəti olmayan şəxslər üçün "işarə dili"nə çevirərək, videoçarx formasında təqdim edib. SİA-nın məlumatına görə, 3 saylı internat məktəbinin dəstəyi ilə hazırlanmış videoçarxın hazırlanmasında əsas məqsəd danışma və eşitmə qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.

50-yə yaxın TGT fəalının iştirakı ilə ərsəyə gəlmiş videoçarxı bu keçiddən (https://www.youtube.com/watch?v=8ffrpqtjjRw) izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə