Nazir: “Xakker hücumları olsa da, tamamilə dağıtmaq mümkün deyil” AÇIQLAMA

Nazir: “Xakker hücumları olsa da, tamamilə dağıtmaq mümkün deyil” AÇIQLAMA

"Elektron hökumət çərçivəsində təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə keçirilir". Bu sözləri bu gün SİA-ya açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Nazirin sözlərinə görə, elektron hökumətin serverləri həm Bakıda, həm də Sumqayıtda saxlanılır. Xakker hücumları olsa belə, tamamilə dağıtmaq mümkün deyil: "İlk növbədə fiziki olaraq onun bütün serverləri həm Bakıda, həmçinin də Sumqayıtda ayrıca saxlanılır və paralel olaraq aparılır. Digər tərəfdən isə yeni data mərkəzində onun kopyaları saxlanılır. Bu cəhətdən əgər elektron hökümətə müəyyən təhdidlər, yaxud da onlara xakker hücumları olsa belə tamamilə onu dağıtmaq demək olar ki, mümkün deyil. Bu gün yeni texnologiyalardan istifadə olunaraq bu təhdidlərin qarşısının alınması, onların əvvəlcədən proqnozlaşdırılması və bir çox Avropa ölkəsində istifadə olunan təhlükəsizlik sistemləri ilə korporativ şəkildə böyük hücumların qarşısının alınması üçün də tədbirlər görülüb. Biz hesab edirik ki, elektron hökumət portalı, onun resursları tamamilə qorunur".

Bütün xəbərlər Facebook səhifəmizdə