"Elektron hökümət çərçivəsində məlumatların qorunması üçün xüsusi dövlət tərəfindən təhlükəsizlik tədbirləri görülüb". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, elektron təhlükəsizlik vacib məsələdir. Lakin "Açıq məlumatlar" portalında vəziyyət ürəkaçan deyil: "Əlbəttə ki, bu çox vacib bir məsələdir. İnsanların şəxsi məlumatları qorunmalıdır. Bunun üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tədbirlər görülür. Kod parollar vətəndaşlara yoxlanıldıqdan sonra verilir. "Açıq məlumatlar" portalında bu gün boşluqlar nəzərə çarpır. Bu portalın istifadəyə verilməsinə baxmayaraq təşəbbüs yoxdur. İnformasiyanın alınması sayəsində "start up" çərçivəsində mobil tərtibatlar var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB