Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün kampaniyaya başlayıb. SİA-ya açıqlamasında, işçi qrupunun üzvü, "Müasir Cəmiyyət və Qadın Hüquqları" İctimai Birliyinin sədri Xanım Əhmədzadə bildirib ki, bu kampaniya ilə Azərbaycanın qarşılaşdığı cinayətkar əməlləri dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların bir daha diqqətinə çatdırmaq niyyəti daşıyırıq: "İşçi Qrup BMT Təhlükəsizlik Şurasına müraciət üçün "Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasını yaradıb. Azərbaycanın qarşılaşdığı təcavüzlə bağlı iki petisiya təqdim olunub. Petisiyalardan birincisi 20 yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədini də daşıyır.İkinci petisiya isə "Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasıdır. Hər iki petisiyaya internet üzərindən qoşulub səs vermək çox az vaxt aparır. Bu petisiyalar BMT-nın Təhlükəsizlik Şurasına ünvanlanıbdır. Əlbəttə, məsələ ilə bağlı bizim gözləntilərimiz çox böyükdür. Bu petisiyalar bütöv Azərbaycanın səsidir. Bu yolla Azərbaycanın qarşılaşdığı cinayətkar əməlləri dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların bir daha diqqətinə çatdırmaq niyyəti daşıyırıq. Bir çox qurumlar Ermənistanın cinayətkar əməlləri barədə çox az məlumatlıdır. Bu bizim əzmimizi, Azərbaycan xalqının həmrəyliyini özündə əks etdirən bir petisiyadır. Son nəticədə isə bu məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Serj Sarkisyanın beynəlxalq hərbi tribunala verilməsini tələb edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB