DİN-in daha bir xidməti "Elektron hökumət" portalına inteqrasiya edib
Daxili İşlər Nazirliyinin "Rüsum və cərimələrin ödənişi" e-xidməti "Elektron Hökumət" portalına inteqrasiya edilib. SİA-nın məlumatına görə, müvafiq e-xidmət vasitəsilə rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən, onlayn həyata keçirmək olar. Nəzərə çatdırmaq lazımdır ki, portal üzərindən nazirliyin 3 e-xidməti vətəndaşların istifadəsindədir. Buna baxmayaraq, yanvar ayının e-xidmətlərdən istifadə statistikasına əsasən, nazirlik ən çox müraciət olunan qurumlar arasında 6-cı pillədədir. DİN-nin təqdim etdiyi sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Qeyd edək ki, "Rüsum və cərimələrin ödənişi" e-xidmətindən qeydiyyatdan keçmədən yararlanmaq mümkündür. Beləliklə, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin ümumi sayı 408 oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB