Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini, İran XİN-nin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, AMEA rəhbəri qonaqları salamlayaraq Azərbaycan – İran əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Sonra Akademiyanın tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri haqqında məlumat verən akademik Akif Əlizadə AMEA-da aparılan tədqiqatların istiqamətləri, o cümlədən son zamanlar yeni elmi istiqamət kimi formalaşdırılan palçıq vulkanlarının tədqiqi səhəsində görülən işlərdən danışıb. AMEA-da elm və təhsilin inteqrassiyası, eləcə də bu istiqamətdə həyata keçiriləcək layihələr haqqında söhbət açan akademik İran elminin yeniliklərini də yüksək qiymətləndirib. Hadi Süleymanpur öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. H.Süleymanpur İran İslam Respublikasında elm və təhsil, xüsusilə də tibb, nanotexnologiyalar, biotexnologiyalar və başqa bu kimi istiqamətlərdə aparılan tədqiqatlar və onların nəticələri haqqında məlumat verib. Qonaq, eyni zamanda, AMEA rəhbərini elmi əməkdaşlıq əlaqələrin genişləndirilməsi məqsədi ilə İran İslam Respublikasına səfərə dəvət edib.
Sonra tələbə və doktorantların təcrübə mübadiləsi imkanları, Xəzər dənizində birgə bioloji və geoloji tədqiqatların aparılması və palçıq vulkanlarının müştərək araşdırılması istiqamətlərində fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB