Şəmkirdə 16 yeni subartezian quyusu istifadəyə veriləcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qərb bölgəsinin əsas aqrar rayonlarından olan Şəmkirdə bu sərəncama uyğun olaraq yeni 16 ədəd subartezian quyusu qazılacaq. Artıq yeni quyuların hansı ərazilərdə qazılması da məlumdur. Şəmkir subartezian quyuları istismarı idarəsinin rəisi Nəriman Verdiyevin sözlərinə görə, yeni artezianlar ilk olaraq suya tələbatı böyük olan ərazilərdə istifadəyə veriləcək. İlkin hesablamalara görə, Şəmkirdə 16 subartezian quyusunun istifadəyə verilməsi ilə azı 100 ha ərazinin daha rahat şəkildə suvarılması təmin olunacaq. Bu gün Şəmkir rayonunda əkin sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə 750-dən artıq subartezian quyusundan istifadə olunur ki, bu quyularında əksəriyyəti işlək vəziyyətdədir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB