Texnologiyada əməkdaşlıq FOTO

Azərbaycan Texnologiya Universitetində "Sənayedə müasir texnologiyaların tətbiqi və təhsildə yüksək mühəndis kadrların hazırlanması paralelliyi" mövzusunda tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Azərbaycan Polad İstehsalı Kompleksi Qapalı Səhmdar Cəmiyyəti və Təhsil nazirliyi arasında bağlanan memorandum çərçivəsində təşkil edilib.

Ağır metallurgiya sənayesinin yaradılması və inkişaf etdirilməsi, bu sahənin qısa müddət ərzində ölkənin qeyri-neft sektorunun aparıcı seqmentlərindən birinə çevrilməsi Azərbaycan Polad İstehsalı Kompleksinin qarşıya qoyduğu başlıca vəzifədir. Azərbaycanda dağ-mədən sənayesi və polad istehsalı sahəsində gənc kadrların yetişdirilməsi, onların nəzəri-praktiki biliklərə yiyələnməsi olduqca vacibdir. Əməkdaşlıqda əsas məqsəd yüksək texnologiyanın həyata keçirilməsi üçün ən əsası texniki personalın hazırlanmasıdır. Bu personalın hazırlanması istiqamətində bizim səhmdar cəmiyyət olaraq bir proqram tutulub. Bu proqramda mühəndis texniki işçilərin, həm texniki personalın, həm də ilk texniki peşə məktəblərin yaradılması gündəmdədir. 45 illik tarixi olan Azərbaycan Texnologiya Universiteti ilə Polad İstehsalı Kompleksi Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanan memorandum gələcəkdə böyük əhəmiyyət kəsb edəcək.

Tədbirin sonunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə