Elektron hökumətdən istifadə ilə bağlı brifinq keçirilib Fotolar

Elektron hökumətdən istifadə ilə bağlı brifinq keçirilib Fotolar

"Elektron hökumət" portalının operatoru- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcədə İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron hökumət" bülleteni dərc olunur. SİA-nın məlumatına görə, bülletendə "Elektron hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənədmübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Bu yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunması məqsədilə bu aydan etibarən hər ayın ilk 10 günündə "Elektron hökumət" bülleteni üzrə brifinq keçiriləcək. Brifinqlərdə media nümayəndələrinə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər, sahə üzrə yeniliklər barədə məlumat veriləcək, həmçinin, ayrı ayrı qrumların nümayəndələri elektron xidmətləri və yenilikləri barədə jurnalistlərin suallarını cavablandıracaqlar.

Məlumat Hesablama Mərkəzi Start-up Azərbaycan 2015 layihəsi çərçivəsində data.gov.az portalının açıq məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edib. İKT mütəxəssisləri, start-upçılar, tələbələr və s. üçün nəzərdə tutulan və cari ilin 1 fevral tarixindən başlanan müsabiqəyə qatılmaq üçün açıq məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb, müsabiqəyə təqdim etmək lazımdır. Bu müsabiqə hər il keçirilən ümumi "Start-up Azərbaycan 2015" layihəsi çərçivəsində "E-gov mobil tətbiqlər" istiqaməti üzrə həyata keçirilir.

Artıq portalda "MEDİA" bölməsi istifadəyə verilib. Bu bölmədə ən son yeniliklərin press-relizi və"Elektron hökumət KİV-də" adlı alt menyular məhz jurnalistlər üçün nəzərdə tutulub. Sizin "Elektron hökumət" lə bağlı yazdığınız bütün xəbərlər, araşdırmalar, video sujetlər burada yer alacaq. Onu da qeyd edək ki, iılin sonunda "Elektron hökümət"lə bağlı ən çox məqalə yazan və maarifləndirmə işləri aparan jurnalist müəyyənləşdiriləcək və mükafatlandırılacaq.

Bu gün keçirilən birifingdə isə Təhsil Nazirliyi, İpoteka Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, "Bank of Baku", elektron tətdiqatçılar və media nümayəndələri iştirak edib. Tədbirdə əmək müqavilələri, ipoteka verilişində elektron hökümətdən istifadə, elektron kreditləşmə məsələləri müzakirə edilib. Elektron hökümətdən istifadədə təhlükəsizlik məsələrinə aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə