Dini ədəbiyyatların və əşyaların satışına görə dövlətə rüsum ödəniləcək
Dini ədəbiyyatların və əşyaların satışına görə dövlətə rüsum ödənilməsi təklif edilir. SİA-nın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Dini etiqad haqqında" qanuna dəyişiklik müzakirə olunudu.
Dəyişiklik haqqında məlumat verən komitə sədri Rəbiyyət Aslanova bildirib ki, qanunun 22-ci maddəsinə əlavələr edilməsi nəzərdə tutulur: "Əgər qanunun mövcud maddəsinə görə vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan istifadə edə və ya yaya, satış məntəqələrində sata bilirdilər. Dəyişikliyə əsasən dini ədəbiyyat və dini təyinatlı əşyaları satışına görə nəzarət markasının tətbiq olunması və bu markanın müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsi, həmçinin bu nəzarət markalarının alınmasına görə ödənilən vəsaitin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Qanuna edilən əlavəyə əsasən bu nəzarət markalarının hazırlanması və məbləği müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB