“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər müzakirə olunub

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər müzakirə olunub

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər müzakirə olunub. SİA-nın məlumatına görə, təklif olunan dəyişikliklərə əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə, nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Həmçinin, nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək, həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Bununla yanaşı,müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək.

Komitənin sədr Hadi Rəcəbli təklif olunan dəyişikliklərin vətəndaşların mənafeyi baxımından vacib və əhəmiyyətli olduğunu söyləyib.

Qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə