Ünvanlı dövlət sosial yardımının müddəti uzadılır

Ünvanlı dövlət  sosial yardımının müddəti uzadılır

Azərbaycanda ünvanlı dövlət sosial yardımının müddəti uzadılır. SİA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişikliklər müzakirə edilib.

Dəyişiklik barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, təkilf olunan dəyişikliyə əsasən müvafiq qanunun 8.1-ci maddəsində "1 il" sözləri "2 il" sözləri ilə əvəz olunacaq.

H. Rəcəbli deyib ki, qanuna edilən dəyişiklikdə məqsəd məmur bürokratiyasına son qoyulması, vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır: "Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar".

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə