ADA Universiteti və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Araşdırma və Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Universitetin Kommunikasiya Departamentindən SİA-ya verilən məlumata görə, memorandumu ADA Universitetinin rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev və İran İslam Respublikası xarici işlər nazirinin müavini Dr. Hadi Suleymanpur imzalayıb.
Memoranduma əsasən, tərəflər tələbə və professor heyətinin mübadiləsi, birgə araşdırmaların həyata keçirilməsi, konfrans və simpoziumların təşkili və mədəni proqramlarda iştirak kimi məsələlərdə razılığa gəliblər.
Qeyd edək ki, ADA Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB