Roma Papası Fransisk dünya yepiskoplarını uşaqların dindarlar tərəfindən cinsi zorakılığa uğramalarına qarşı fəaliyyət göstərən müdafiə komissiyası ilə əməkdaşlıq etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə "reuters" agentliyi məlumat yayıb. Məktub vasitəsilə çağırış edən Roma Papası yazıb ki, kilsələrdə din xadimlərinin uşaqları cinsi zorakılığa məruz qoymalarına qarşı bütün tədbirlər həyata keçirməlidir. "Din adında həddi büluğa çatmayan uşaqlara qarşı belə davranış qətiyyətlə pislənilir" -deyə, Fransisk qeyd edib.
Vaxtilə kilsə xadimi tərəfindən cinsi zorakılığa məruz qalmış, hazırda isə uşaqların dindarlar tərəfindən cinsi zorakılığa uğramalarına qarşı fəaliyyət göstərən müdafiə komissiyasında yer alan irlandiyalı Mari Kollinz isə bildirib ki, İrlandiya yepiskopları pedofiliyaya qarşı görülən ölçüləri qəbul etmirlər.
Qeyd edək ki, Fransisk 2013-cü ilin martında Roma Papası seçiləndən sonra pedofiliyaya qarşı qətiyyətli mübarizə aparacağını bəyan etmişdi. 2014-cü ildə isə o, uşaqları cinsi zorakılığa məruz qoymuş bütün dindarlar adından üzr istəmişdi. Elə həmin ildə o, bu kimi hərəkətləri "şeytan əməli" adlandıraraq vurğulamışdı ki, bundan sonra belə hərəkətlərə qarşı "sıfır dözümsüzlük" nümayiş etdiriləcək.
Lakin bundan sonra da xaristian din xadimləri tərəfindən pedofiliya hallarına yol verilmişdi. Belə ki, cari ilin yanvar ayının sonlarında İspaniyada dörd il ərzində dörd yeniyetməni zorlayan on kilsə xadiminin məhkəməsi keçirilmişdi.
Ümumilikdə Vatikanın hesablamalarına görə, son on ildə bu kimi 3420 hal qeydə alınıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB