BAMF miqrasiya məsələlərinin tədqiqinə rəhbərlik edəcək

BAMF miqrasiya məsələlərinin tədqiqinə rəhbərlik edəcək

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Bekçikanın paytaxtı Brüsseldə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının ( ECRE ) xüsusi çağırılmış iclasında keçmiş Sovet ölkələrində miqrasiya məsələlərinin tədqiqatına rəhbərlik edəcək iki təşkilatdan biri seçilib. BAMF-dan SİA-ya verilən xəbərə görə, tədbirin budəfəki toplantısının məqsədi siyasətçilər, vətəndaş cəmiyyəti təşkilatlarının, miqrasiya tendensiyalarının və Avropa birliyininin bu gün üzləşdiyi hüquqi problemləri daha yaxşı anlamaq üçün "baxış" (vizyon) sənədinin işlənib hazırlanmasına nail olmaq idi. Toplantıda miqrasiya problemlərinin müxtəlif aspektləri, o cümlədən Avropada Təhlükəsiz qorunmaq üçün hüquqi təminata nail olmaq, Avropa Birliyində müdafiə problemləri, Regionda müdafiə problemlərinə dair məsələlərin həllinə başlamaq üçün üç işçi qrupu yaradılıb. Bu arada BAMF, Rusiyanın qeyri-hökümət təşkilatı olan "Memorial İnternational" ilə birlikdə Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Rusiya üzrə tədqiqata, regional vəziyyəti təhlil edən nəşrin hazırlanmasına rəhbərlik etmək üçün seçilib. Bu regional nəşrdə müdafiə hüquqları, potensial artırma, qarışıq miqrasiya axınları, uzun sürən məskulaşmanın həlli yolları ilə bağlı Avropa Birliyi xaricində olan ölkələrə təsir edən məlumatları toplayacaq və problemləri təhlil edəcək.

Qeyd edək ki, BAMF mötəbər qurum olan ECRE-nin artıq bir neçə ildir ki, üzvüdür. BAMF ECRE şəbəkəsinin üzvü kimi, əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərlə ECRE-ni müntəzəm olaraq təmin edir. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif strukturlarla görüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə