AZAL-a məxsus "Boeing 787 Dreamliner"in nümayişi olub FOTOLAR

AZAL-a məxsus "Boeing 787 Dreamliner"in nümayişi olub FOTOLAR

Bu gün təlim uçuşu çərçivəsində Ankaranın Esenboğa hava limanında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Boeing 787 Dreamliner sərnişin təyyarəsinin texniki nümayişi baş tutub. Təyyarənin nümayişi zamanı Türk biznes dairələri, KİV təmsilçiləri, Esenboğa hava limanının nümayəndələri, habelə AZAL-ın Ankara şəhəri üzrə nümayəndəsi və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı təyyarəyə baxış keçirilib və səfir Faiq Bağırov KİV nümayəndələrinə müsahibə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə