"Elektron Hökumət" bülleteni təqdim ediləcək

"Elektron Hökumət" bülleteni təqdim ediləcək

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur. SİA-nın məlumatına görə, bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Sabah saat 11:00-da "Elektron Hökumət" bülleteni üzrə brifinq keçiriləcək. Məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Qeyd edək ki, iştirakçılara "Elektron Hökumət" portalına daxil olmaq üçün kod/parol və elektron imza sertifikatları təqdim olunacaq. Brifinq Məlumat Hesablama Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə