Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Prestij-S tədris mərkəzi birgə Məntiq Olimpiadasının I mərhələsi keçirilib. YAP GB-dən SİA-ya verilən xəbərə görə, olimpiadada 200-ə yaxın gənc iştirak edib. Şagirdlər, tələbələr və abituriyentlərin iştirak etdiyi olimpiadada əsasən universitet tələbələri çoxluq təşkil ediblər. İki mərhələdən ibarət olan olimpiadada 30 nəfər gənc ikinci mərhələyə keçib. II mərhələdə Olimpiadanın qaliblərini Yeni Azərbaycan Partiyası( YAP) Gənclər Birliyi tərəfindən müxtəlif hədiyyələrlə, diplom və sertifikatlarla təltif ediləcək. Olimpiadanın əsas məqsədləri sırasında gənclərin intellektual səviyyələrinin yoxlanılması və test üsulu vasitəsilə bu sahədə xüsusi bacarığı olan gənclərin üzə çıxarılmasıdır.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB