Bilik Fondu Xocavənddə görüş keçirdi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları fevralın 7-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının dəvəti ilə Xocavənd rayonunda səfərdə olublar. Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə və aparıcı məsləhətçisi Rauf Həsənov Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər. Görüşdə Bilik Fondu ilə Xocavənd rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Fondun informasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, Xocavənd rayon Mədəniyyət Mərkəzində Fondun əməkdaşlarının yerli ictimaiyyət nümayəndələri ilə də görüşü keçirilib. R.Məmmədzadə Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verib, rayon gəncləri və ziyalılarını, xüsusən təhsil işçilərini Fondla əməkdaşlığa çağırıb. R.Məmmədzadə Xocavənd rayon İcra Hakimiyyəti ilə Bilik Fondu arasında Memorandum imzalanması təklifini də irəli sürüb. Təklif həm icra başçısı E.Hüseynov, həm də rayon sakinləri tərəfindən müsbət qarşılanıb.

Bilik Fondunun nümayəndələri ""Kitabi-Dədə Qorqud" və Fridrix fon Dits – 200"" proqramı çərçivəsində 2015-ci il boyu keçiriləcək tədbirlərlə bağlı Xocavənd rayonunun Qaraca çobanın məzarının olduğu güman edilən Nərgiztəpə ərazisində də olublar. İcra başçısı tarixi ərazi barədə qonaqlara ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...