"Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi" Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyinin dəstəyi ilə Masallı rayonunda "Gənc məzunların təhsildən sonrakı ictimai fəaliyyətinin stimullaşdırılması" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə birliyin sədri Etibar Əsədov ölkə prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: "Son dövrlər ölkəmizin ictimai həyatında xeyli sayda yeni qanunvericlik normaları qəbul edilərək formalaşıb. Bu qanunvericilik normaları gənclərin daha yaxşı və hərtərəfli təmin olunmuş həyat tərzinin yaxşılaşmasına yönəlib. Gənclərin hərtərəfli inkişafı və stimullaşdırılmasına yönəlmiş yeni qanunlar qəbul edilib ki, bu da gənclərin, yeniyetmələrin inkişafına öz tövfəsini verməkdədir. Passiv vəziyyətdə olan məzunların elektron informasiya texnologiyalarından istifadə etməklə işçi mühitinə transformasiyası işinin qurulması gənclər siyasətinə dəstək ola biləcək amillər sırasındadır. Cəmiyyət həyatında passiv vəziyyətdə olan, işsiz qalan məzunların yerli hakimiyyət strukturları, dövlət və özəl təşkilatlar, sahibkarlar, KİV-lə əməkdaşlıq və informasiya mübadiləsi işinin qurulması onların fəaliyyət aktivliyinin genişlənməsinə, imkanlarının reallaşdırılmasına, iş tapmasına, informasiya ötürücülüyünə, gənc məzunlar haqqında cəmiyyətdə geniş məlumatların formalaşmasına səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB