Emin Həsənli: "Özəl kanallar ancaq şou proqramlar təqdim edirlər" AÇIQLAMA

Emin Həsənli: "Özəl kanallar ancaq şou proqramlar təqdim edirlər" AÇIQLAMA

"Gənclərə hərbi-vətənpərvərlik ruhunu ailədən, bağçadan və məktəbdən aşılamaq lazımdır". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli söyləyib.

Bildirib ki, dövlət hər zaman gənclərin yanındadır: "Silahlı Qüvvələrin döyüş hazırlığı yüksəldilib. Cəmiyyətimizdə milli mənlik şüuruna bağlı olan, içində vətənpərvərlik sevgisi yaşadan gənc nəsil formalaşmağa başlayıb. Milli mənəvi dəyərlərə yad üsullar çoxalıb. Biz də çalışmalıyıq ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunsun. Azərbaycan dövlətini qoruya biləcək nəsil yetişsin. Son olan hadisələr də onu göstərdi ki, gənclərimiz vətənə -millətə bağlıdır. Bu da dövlətimizin apardığı siyasətin nə qədər düzgün və əhəmiyyətə malik olduğunu sübut edir. Onu da deyim ki, müharibə şəraitində yaşadığımız dövrdə gənclərin hərbi xidmətə marağı yüksək səviyyədədir. Bu gün oğullarımız əsgərə toy-bayramla gedir. Zabit peşəsinə də maraq durmadan artır. Düşünürəm ki, şəhərimizdə vətənpərvərlik istiqamətində, çağırışla bağlı reklamlar da olmalıdır. Özəl sektorlar, KİV də bu yönə marağı artırmalıdır. Təəssüf ki, özəl kanallar vətənpərvərlik mövzularından deyil, şou xarakterli proqramlar təqdim edirlər. Bu gün Azərbaycan xalqı şəhid verir. Həmçinin ermənilərin pilotsuz təyyarəsi, vertolyotu məhv edilib. Bu cür mövzuları daha çox işıqlandırmaq, milli qəhrəmanlarımızı gənclərə tanıtmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə