YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib FOTOLAR

YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbir Suraxanı rayon Heydər Əliyev Mərkəzində davam edib.

Mərasimdə Azərbayacan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Suraxanı rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətinə həsr olumuş foto–slayd təqdim olunub.

Konfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Onun sözlərinə görə, bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür: "Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özünü doğruldur.Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb".

Rayon təşkilat sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir:"Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyası olduğu üçün, xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz tövhələrini verməyə çalışırlar. Çünki paytiyamızın yolu, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin yoludur".

Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır: "Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq, bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib mühüm addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı Beynəlxalq konfranslarda, dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir".

İcra başçısı bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açıldığını bildirərək qeyd edib ki, indi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır.

Konfransda çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva söyləyib ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub: "Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. Ulu Öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasət, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir Bunun nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuş dövlətimiz özünün demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə tam formalaşdırıb".

Konfransda Respublika tələbə Gənclər təşkilaının sədri Şahin İsmayılov, YAP Gənclər Birliyinin ofisinin koordinatoru Aliyə Ağrılı, Azərbaycan Tələbə Gənclər Təşkilatının icraçı direktoru Şəmsi Gülverdiyev, Bakı Dövlət Unversiteinin III kurs tələbəsi Nigar İbrahimova, YAP Suraxanı rayon təşkilaının məsləhətçisi Kənan Kərimov və digərləri də çıxış ediblər.

Sonra YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin şurasına 25 nəfər, idarə heyətinə isə 13 nəfərdən ibarət üzv seçilib. Rayon təşkilatının gənclər birliyinin sədri Kənan Kərimov, müavinləri isə Nigar İbrahimova, Ramiz Həsənzadə və Şəmsi Gülverdiyev seçilib.

Konfransda rayonun ictimai–siyasi həyatında fəal iştirak edən gənclər mükafatlandırılıb və partiya sıralarına yeni daxil olan gənclərə vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə