"Mən fəxr edirəm ki, İsgəndər bəy Münşi Azərbaycanlı olub. Azərbaycanlı Türkman tayfasına mənsub bir şəxsdir. Onun yazdığı əsər bütün tarixi əsərlər arasında yaxın və orta şərq ədəbiyyatında ən önəmlilərindəndir". Bu sözləri bu gün keçirilən AMEA A.A.Bakıxanov adına tarix İnstitutu, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin doğma dilimizə tərcümə olunmuş "Dünyanı bəzəyən Abbasın tarixi" kitabının təqdimatı öncəsi kitabın tərcüməçisi, Tarix elmlər doktoru, professor Şahin Fazil SİA-ya verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, tərcümə edilən bu kitab nadir əsərlərdən biri olmağına baxmayaraq yazarın ana dilinə tam şəkildə tərcümə edilməyib: "Çox təəssüf ki, 450 illik tarixə malik olan bu kitab Azərbaycanlı tarixçi tərəfindən yazılmasına bamayaraq başqa dillərə tərcümə edilsə də, ana dilinə indi tərcümə olunur. Əsərin içərisində müəyyən səhifələr tərcümə edilmişdi. Hətta birinci cildi də tərcümə edilib".
Şahin Fazil qeyd etdi ki, kitab orta əsrlərin fars dilində yazıldığında tərcüməsində müəyyən çətinliklər olub. Kitab 10 il müddətində tərcümə edilib: "Bu əsərin tərcüməsi mənim üzərimdə bir vəzifə kimi durdu. Bir neçə illik əməyin nəticəsində bu əsəri öz dilimizə tərcümə etdim. Hazırda kitab öz dilimizdə 3 min səhifədir. Bu çox məsuliyyətli bir işdir. Fars dili mütəxəssisi kimi deyə bilərəm ki, kitab İsgəndər bəy Münşi tərəfindən mükəmməl yazılıb. Cümlələr üzərində ədəbi oynamalar olub. Buna görə də kitabı tərcümə etmək, ordakı fikirləri olduğu kimi göstərmək olduqca çətin oldu. Bu əsər 3 cilddən ibarətdir və 2 kitab şəklində oxuculara təqdim olunub. Kitab 10 il müddətində tərcümə edilib. Kitabın hər bir cümləsi önəm kəsb edib. Orta əsrlər fars dili ilə yazılması ən böyük çətinliklərdən biri olub. Bu kitab Azərbaycan elminə böyük qazanc gətirəcək. Bundan sonra bu sahədə araşdırma aparanlar bu kitabdan yararlana biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB