Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" partiyasından olan fraksiya üzvü Elinar Vardanyan partiyadaşı Artak Xaçatryanın hakimiyyətin təlimatı əsasında oğurlanması və repressiyaya uğraması barədə bəyanat yayıb.
"Bu gün (dünən-red.) bir neçə maskalı şəxs "Çiçəklənən Ermənistan" parrtiyasının üzvü, "Kasetsum" hərəkatının fəalı, eyni zamanda, "Gəlir vergisi" qanununa qarşı etiraz edən Artak Xaçatryanı oğurlayaraq, naməlum istiqamətə doğru aparıblar". Bəyanatda qeyd olunur ki, Artak Xaçatryan həmin məqamda həmkarı Vaan Babayana bu barədə xəbər verməyə imkan tapıb. "Xaçatryanın repressiyaya uğraması onunla təsdiq edilir ki, o, maskalılar tərəfindən aparıldıqdan sonra polisə aparılmayıb."-deyə Elinar Vardanyan bəyanatında bildirib.
Erməni deputat daya sonra qeyd edib: "Mən insan haqları və ictimai məsələlər üzrə komissiyanın sədri kimi, təxribat hərəkətlərinə son qoymağı və Artak Xaçatryanın yerinin müəyyənləşdirilməsi, o cümlədən, azadlığa burasılmasını tələb edirəm".
Elinar Vardanyan sonda bildirib ki, o, hadisə ilə bağlı İrəvan polis idarəsinə məlumat verib. Deputat qeyd edib ki, artıq insanların səbri tükənib. Belə ki, bu cür vasitələrlə insanların qarşısını almaq mümkün olmayacaq.
Xatırladaq ki, erməni sahibkarları ölkədə tətbiq olunacq "Gəlir vergisi" qanununda edilən dəyişkiliyə qarşı sərt etirazlarını bildiriblər. Onlar bununla bağlı Serj Sarkisyanın iqamətgahı qarşısında kütləvi etiraz aksiyaları keçiriblər. Fevralın 1-də qaəbul olunmalı qanun iyul ayına qədər təxirə salınıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB