"Qazprom" "Türkiyə axını" üzrə Avropaya ildə 47 milyard kubmetr qaz göndərməyə hazırdır və kəmərin ilk xəttinin tikintisini 2016-cı ilin dekabrında başa çatdıracaq. Rusiyanın NTV telekanalı xəbər verir ki, müvafiq planlar barədə kompaniyanın başçısı Aleksey Millerin Türkiyəyə səfərinin yekunlarına dair "Qazprom"un yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, qaz kəməri layihələndirilərkən regionda təbii qaza artan tələbat nəzərə alınıb və bununla əlaqədar Türkiyə-Yunanıstan sərhədinə 47 milyard kubmetr həcmində qaz nəql olunması dəqiqləşdirilib. Şirkətdən bildiriblər ki, qaz kəmərinin illik gücü 63 milyard kubmetr təşkil edəcək.
Aleksey Miller və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Qara dənizdən çəkiləcək kəmərin tikintisi üzrə layihənin reallaşdırılmasının gedişini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB