Fevralın 6-da Biləsuvar şəhərindəki Mübariz İbrahimovun adını daşıyan lisey-məktəb kompleksində Milli Qəhrəmanın doğum günü qeyd olunub. Məktəbin müəllim və şagirdlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbir liseyin VII sinif şagirdlərinin andiçmə mərasimi ilə başlayıb.
Şagirdlər Milli Qəhrəmanın abidəsi önündə düzülərək Mübariz İbrahimov kimi vətənpərvər olacaqlarına, təhsildə, ictimai həyatda daim uğurlar qazanacaqlarına and içiblər.
Anma mərasimi Milli Qəhrəmana dərs demiş fizika müəllimi Siyasət İsayevin və riyaziyyat müəllimi İlqar İsayevin sevimli şagirdləri barədə xatirələri ilə davam edib.
Daha sonra lisey şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq, vətənpərvərlik duyğularını tərənnüm edən şeir və nəğmələr səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB