“Bakcell” şirkətinin “ASAN İmza” xidmətinə qoşulan abunəçiləri mükafatlandırılıb
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti "ASAN İmza" mobil elektron xidmətinə qoşulan abunəçilərinə ALOV smartfonunu hədiyyə edib. Şirkətdən SİA-ya bildirilib ki, dekabr ayının əvvəlində "Bakcell"in öz rəsmi "Facebook" səhifəsində elan etdiyi kampaniyanın şərtlərinə görə, ötən ilin son ayında "ASAN İmza" xidmətinə qoşulan hər yüzüncü abunəçi qalib hesab olunurdu.
"ASAN İmza" elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır. Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. "ASAN İmza" xidmətini aktivləşdirmək üçün SİM kartın dublikatı alınmalıdır. Xidmətdən yararlanmaq istəyənlər "Bakcell"in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni "SİM kart" əldə edə bilərlər.
"ASAN İmza" kartlarını Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən, həmçinin 1 saylı "ASAN Xidmət" mərkəzindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB