DTXK ləğv olundu bəs işçilər? MÜNASİBƏT

DTXK ləğv olundu bəs işçilər? MÜNASİBƏT

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2015-ci il tarixində imzaladığı Fərmana əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğvi ilə bağlı işlərin 2 ay müddətində görülməsi Nazirlər Kabinetinə tapşırıldı. Cəmiyyətin marağına səbəb olan işçilərin taleyi ilə bağlı sual isə hələlik cavabsızdır. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin bundan sonra hansı strukturun tabeçiliyində çalışacaqları ilə bağlı hər hansı məlumat yoxdur. Fərman yeni imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə