Məhkəmə zalında qətl hadisəsinin səbəbi AÇIQLAMA

"Artıq bir neçə dəfə məhkəmə zalında qətl hadisəsi baş verib". Bunu SİA-ya açıqlamasında hüquqşünas Murtuzəli Abbasov söyləyib. Bildirib ki, sözügedən hadisə nəzarətçilərin səhlənkarlığı ucbatından baş verib: "Düşünürəm ki, onlar bu cür hadisənin olmayacağından rahatlanaraq ehtiyatı əldən veriblər. Bu, praktikada çox nadir hallarda baş verir. Hesab edirəm ki, nəzarətçilər öz işlərinə məsuliyyətlə yanaşsaydı, bu cür cinayət törədilməzdi. Bir sözlə bunun yeganə səbəbi məhkumun təhlükəsizliyinin tam təmin edilməməsidir. Onu da deyim ki, məhkəmə zalında hər iki tərəfin qohumlarının hədindən çox olması da bununla əlaqəli ola bilər. Həmçinin bu cür hadisənin ola biləcəyini də qabaqcadan düşünmək lazımdır. Çünki hər iki tərəfin bir-birinə qarşı münasibətləri bəlli məsələdir".

Qeyd edək ki, Balakən Rayon Məhkəməsində qətl hadisəsi qeydə alınıb. Belə ki, məhkəmədə keçirilən prosesdə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyev şikayətçilərin yaxınları tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcilli tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...