Ermənilərin keçirdiyi hərbi təlimlər evləri qəzalı vəziyyətə salıb

Ermənilərin keçirdiyi hərbi təlimlər evləri qəzalı vəziyyətə salıb

Ermənistan silahlı bölmələrinin işğal olmuş ərazilərdə keçirdikləri hərbi təlimlər məcburi köçkünlərin yaşadıqları evlərin çoxunu bərbad hala salıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamda məcburi köçkünlər üçün salınan dörd yol qəsəbəsində məskunlaşan sakinlər çıxılmaz vəziyyətə düşüblər. İnsan həyatı üçün qorxulu olan evlər təmas xəttinin bir neçə kilometrliyində yerləşir. Evlərdə əmələ gələn iri çatlar evlərin istənilən an uça biləcəyindən xəbər verir.

Yaşamaq üçün qorxulu olan və hər an uçmaq təhlükəsi ilə qarşı-qarşıya olan ev sakinləri nə edəcəklərini bilmirlər. Sakinlərin sözlərinə görə, düşmən ordusu yaşayış məntəqələrini iriçaplı silahlardan tez-tez atəşə tuturlar.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə