Borçalı-Qaraçöp günlüyü keçirilib TƏDBİR

Borçalı-Qaraçöp günlüyü keçirilib TƏDBİR

Bu gün Xırdalan şəhər 5 nömrəli tam ortaq məktəbin akt zalında "Borçalı-Qaraçöp günlüyü" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə tədbiri giriş sözü ilə açan tədbir təşkilatçısı Türkiyənin "Aydın Səs" qəzetinin əməkdaşı Hakim Zebarlar qeyd edib ki, bu tədbir Borçalı-Qaraçöp türk elinin tanıdılması və təbliğatı məqsədilə həyata keçirilir. Onun sözlərinə görə, analoji tədbirlər həm Türkiyədə, həm də Gürcüstanda, o cümlədən digər Türksoy dövlətlərində reallaşdırılır.

"Belə bir tədbirin Azərbaycanda keçirilməsi həm də onu təsdiq edir ki, qədim türk ellərinin tanıdılması və təbliğatı önəmli məsələdir. Belə ki, Azərbaycan türk dövlətləri içində öz xüsusiyyəti və önəmi ilə xüsusilə fərqlənir. Biz bu fərqlənməni Azərbaycanın inkişaf və tərəqqisində də görürük".

Daha sonra tədbirdə çıxış edən digər Borçalı-Qaraçöp birliyinin üzvləri də bildirdilər ki, bu tədbirin keçirilməsi türk soylarına bir ərmağandır.
Tədbirin sonunda Borçalı elinin söz sənətçiləri və aşıq musiqisi dinlənildi.

Bütün xəbərlər Facebook səhifəmizdə