Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq 2014-cü ilin payız sessiyasında görülən işlər barədə hesab dinlənilib.

Daha sonra komitənin 2015-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib.

İclasda İnzibati Xətalar Məcəlləsi və "Televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklər müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonda cari məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə