Misir Mədəniyyət Mərkəzinin müdiri Folklor İnstitutunun qonağı olub

Fevralın 5-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydy AMEA Folklor İnstitutunun qonağı olub. SİA-nın məlumatına görə, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) Folklor İnstitutunun gördüyü bir sıra işlər haqqında qonağa məlumat verib. O, Misirin kitabxanalarında Azəbaycanla bağlı nadir əlyazmaların olduğuna diqqət çəkib. Söhbətdə Mədəniyyət Mərkəzinin köməyi ilə Misir kitabxanaları ilə əlaqə saxlanılması, həmin əlyazmaların surətinin ölkəmizə gətirilməsi, araşdırılması, eləcə də Azərbaycan folklorunun Misirdə, qarşılıqlı olaraq Misir folklorunun Azərbaycanda nəşri ilə bağlı fikir mübadiləsi olub.

Qonaq bildirib ki, Misir Mədəniyyət Mərkəzi işini yenidən qurur, Azərbaycanla mədəni əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, görüşdə akademik Teymur Bünyadov, AMEA Xarici Əlaqələr sektorunun müdiri Əli Şamil də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə