XİN-in mətbuat xidmətinin rəhbəri BDU-da

XİN-in mətbuat xidmətinin rəhbəri BDU-da

Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin qonağı olub. BDU-dan bildiriblər ki, görüşdə H.Hacıyev Azərbaycan və Qərb jurnalistikasından, ənənəvi və yeni medianın üstünlüklərindən, fərqliliklərindən, diplomatiya və jurnalistika arasında münasibətlərdən danışıb. Jurnalistlərin daha sərbəst olduğunu söyləyən qonaq bildirib ki, onlar aldıqları informasiyanı emal edir, diplomat isə özündə saxlayır.

H.Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət və iş prinsiplərindən də söz açıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə