Vüqar Tofiqli: “Yerli məmurların bələdiyyələrə baxış bucaqları dəyişəcək” AÇIQLAMA
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Sərəncamları bələdiyyələrdə vergi xidmətinin təkmilləşməsinə və bələdiyyələrin üzərinə düşəcək yükün artmasına səbəb olacaq". Bunu SİA-ya açıqlamasında bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli deyib.
Onun sözlərinə görə, Prezident tərəfindən atılan bu addım bələdiyyələrin daha çevik və operativ şəkildə inkişafına dəstək verəcək: "Düşünürəm ki, burada yerli formalaşdırılan bələdiyyələrə daha çevik və operativ şəkildə inkişaf etdirilməsinə köməklik edəcək. Güman edirəm ki, ən üstün cəhət budur. Prezidentin Sərəncamında əsas məqsəd bələdiyyə sisteminin inkişaf etdirilməsi ilə yanaşı həmin ərazilərin də qarşılaşdığı problemlərin azalmasına kömək etməkdir".
Ekspert həmçinin vurğulayıb ki, keçən il də bu sahədə bir çox ciddi addımlar atılıb. Prezidentin Sərəncamı ilə məmurların da bələdiyyələrə qarşı münasibəti dəyişəcək: "Ötən il cənab Prezidentin imzası ilə bələdiyyə sisteminin inkişafı istiqamətində bir çox addımlar atıldı. Onların içərəsində ən diqqətimi çəkən əmlak kreditlərinin hesablanması ilə bağlı olan məsələ idi. Sərəncamla ölkədəki bələdiyyə sistemində büdcəyə daxilolmalar bir neçə dəfə artırılmış olacaq. Bələdiyyənin inkişafı ilə bağlı atılan bu addımlar sözsüz ki, ilk növbədə bələdiyyə sektoruna artırılan diqqətdən irəli gəlir. Bələdiyyə sisteminin hüququnun pozulmasının qarşısını almış olacaq. Prezident tərəfindən atılan bu addım, bələdiyyələrə qarşı icra strukturları tərəfindən ciddi yanaşmaya gətirib çıxardacaq. Yerli məmurların bələdiyyələrə baxış bucaqları dəyişmiş olacaq. Bu üç tərəfli addımlar bələdiyyə sisteminin inkişafına xüsusi təsir göstərəcək. Nəticədə də bələdiyyə sistemi qazanmış olacaq, yerli idarəetmə orqanı inkişaf etmiş olacaq, yerli əhəmiyyətli məsələlərin həllində işlər görülmüş olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB