Fərəc Quliyev: “Hərbiçilərlə bağlı 2 qanun qəbul ediləcək” AÇIQLAMA

"Hərbi qulluqçuların dövlət icbari şəxsi siğortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1130-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin dünən imzaladığı Sərəncamı siğorta haqqında qanunda olan dəyişiklikdən irəli gəlir". Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Milli Məclisin yaz sessiyasında hərbi ilə bağlı 2 qanun qəbul ediləcək. Qanunda dəyişikliklərin aparılmasını isə hərbiçilərə istiqamətlənmiş müsbət addım kimi qiymətləndirmək olar: "Bütün qanunlarda siğorta ilə bağlı dəyişikliklər olunur. Ümumiyyətlə Azərbaycanda hərbiçilərə münasibətdə xeyli dəyişikliklər var. Onların sosial vəziyyətinə, ailələrinə münasibət, şəhid olmuş hərbiçilərimizə münasibət tamamilə fərqli bir mərhələdədir. Təbii ki, bu münasibət inkişaf tempi ilə dəyişəcəkdir. Milli Məclisin yaz sessiyasında da hərbiçilərlə bağlı 2 qanun qəbul edəcəyik. Orada daha geniş məsələlərə toxunulacaq. Qeyd etdiyim kimi "Hərbi qulluqçuların dövlət icbari şəxsi siğortası haqqında" qanuna dəyişiklik isə siğorta haqqında qanununda dəyişikliklərlə bağlıdır. Hesab edirəm ki, qanunda dəyişiklik olunması da normaldır. Bunu dövlətin hərbi kontingentlərə müsbət münasibəti kimi qiymətləndirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə