Köln şəhərində Xocalı yürüşü keçiriləcək

Köln şəhərində Xocalı yürüşü keçiriləcək

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Almaniyanın Köln şəhərində yürüş keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı katibi Rəşad Quliyev verib. O bildirib ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçiriləcək yürüş-mitinq Kölndəki Dom Kilsəsinin önündə start götürəcək. Fevralın 22-də baş tutacaq aksiyaya dəstək vermək məqsədilə Alman Azərbaycan Mədəniyyət Evi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib: "Yürüş-mitinqi keçirməkdə məqsəd Xocalıda baş verən cinayətə dünya birliyinin diqqətini cəlb etməkdir".

Rəşad Quliyev həmçinin qeyd edib ki, aksiya "Xocalıya Ədalət" kampaniyası çərçivəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə