ARGTMŞ Dövlət Proqramına gənclərin təkliflərini toplayır

ARGTMŞ Dövlət Proqramına gənclərin təkliflərini toplayır

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramına təkliflərin verilməsi üçün onlayn platforma yaradıb. SİA-nın məlumatına görə, onlayn platforma təkliflərin Azərbaycan Respublikası Prezidentinin "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncamında qeyd olunan hədəf qrupları, məqsəd və vəzifələrə müvafiq olaraq təkliflərin standart forma əsasında verilməsinə imkan yaradır.

Platformanın yaradılmasının məqsədi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının prioritetlərinə uyğun olaraq gənclər və gənclər təşkilatlarının təkliflərinin sistemləşdirilməsi və təkliflər paketinin hazırlanmasıdır.

Təkliflər toplanaraq Azərbaycanın 112 gənclər təşkilatı və minlərlə gənci birləşdirən, ölkənin ən böyük gənclər platforması – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən müəllif hüquqları qorunmaqla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.

Təklifləri 10 fevral 2015-ci il tarixinədək www.teklif.nayora.az platformasında yerləşən təklif formasını vasitəsi ilə göndərmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə