Musa Quliyev: “Reklamı qadağan olunan məhsulların siyahısı müəyyənləşdirilib” AÇIQLAMA
"Hazırda müzakirə olunan Reklam Haqqında Qanunda reklamın zərərli təsirlərinin aradan qaldırılması, uşaq və yeniyetmələrin reklamların zərərli təsirlərindən qorunması məsələləri qoyulub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, insanların psixoloji vəziyyətinə təsir edən məhsulların reklamı ilə bağlı qanunvericilikdə işlər görülüb. Artıq qadağan olunan məhsulların siyahısı hazırlanıb: "Reklamı qadağan olunan məhsulların və yaxud da əmtəələrin siyahısının müəyyənləşdirdilməsi ilə bağlı müddəalar öz əksini tapır. Qanun qəbul edilsin, ondan sonra bu müddəaları orada görə biləcəyik".
Musa Quliyev onu da qeyd etdi ki, artıq qanun birinci oxunuşda qəbul edilib, Milli Məclisin növbəti sessiyasında isə qanunun qəbulu gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB