“Şən bəbirlər” mükafatlandırılıb FOTOLAR

“Şən bəbirlər” mükafatlandırılıb FOTOLAR

IDEA İctimai Birliyinin 3 noyabr tarixində start verdiyi "Şən bəbirlər" adlı ekoloji müsabiqə yekunlaşıb. SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak edən 50-ə yaxın uşaq bəbiri və digər pişikkimiləri təsvir edən geyimlərdə çəkilmiş fotolarını IDEA İB-yə göndərlər.

Müsabiqənin münsiflər heyəti müsabiqəyə daxil olan çoxsaylı fotolar arasından ən yaxşı və yaradıcı 3 fotonu seçərək müsabiqənin qalibi elan edilib. Qaliblər IDEA İB tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar.

Təltif etmə mərasimi zamanı qaliblər bildiriblər ki, müsabiqəyə hazırlaşarkən onlar bəbirlər barədə geniş məlumat əldə etmiş, bu nadir heyvan növünün yaşayış tərzi, məskunlaşdığı ərazilər və digər xüsusiyyətləri ilə maraqlanıblar.

Qeyd olunub ki, bəbir geyimlərinin hazılanmasında bu biliklər xüsusi rol oynayıb. Uşaqlar tərəfindən yüksək maraqla qarşılanan layihənin məqsədi Qafqaz regionunun nadir heyvan cinslərindən olan bəbirin tanıdılması və gənc nəslin biomüxtəlifliyimizin mühafizəsinə təşviq edilməsindən ibarət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə