Milli Məclisin deputatı həbs olundu

Milli Məclisin deputatı həbs olundu

İrəvanın Kentron və Nork-Marak inzibati rayonlarının ümumi işlər üzrə ədliyyə məhkəməsi ötən axşam Ermənistan Milli Məclisinin sabiq deputatı Akop Akopyanın iki aylıq həbsi barədə qərar verib. SİA "armtoday"a istinadən xəbər verir ki, bu qərar vergi xidməti müstəntiqinin iddiası əsasında, beş saatlıq məhkəmə araşdırmasından sonra verilib.

Məhkəmə iclası zamanı Akopyanın səhhəti pisləşib və məhkəməyə təcili tibbi yardım briqadası çağırılıb.

Bir sıra maliyyə cinayətlərində şübhəli bilinən sabiq deputat onun tərəfindən maliyyələşdirilən yeni filmin prezentasiyasına hazırlaşırdı. Belə ki, qondarma erməni soyqırımının "100 illiyi"nə həsr olunmuş "Yaddaş" adlı film hələlik ekranlara çıxmasa da, bir sıra Ermənistan ictimaiyyəti tərəfindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə